Çexiya yığmasının üzvü Bakı klubunda

Çexiya yığmasının üzvü Bakı klubunda
Yeni mövsüm öncəsi heyəti gücləndirməkdə davam edən "Lokomotiv" voleybol klubu növbəti transfer "bombası" partladıb. Fanat.az xəbər verir ki, "dəmiryolçular" bu dəfə sabiq oyunçusuna üz tutub.  "Loko"nun mətbuat xidmətinin məlumatına əsasən, Çexiya millisinin üzvü Aneta Havliçkovanın keçidi baş tutub. 
Xatırladaq ki, 1.93 m boya malik 27 yaşlı hücumçu 2012/13 mövsümündə "Lokomotiv"in şərəfini qorumuş və Azərbaycan çempionatının bombardiri olmuşdu. Ötən mövsüm Türkiyənin "Fənərbaxça" klubunda forma geyinən Aneta CEV kubokunu və yerli birincilikdə gümüş medal qazanıb.
Bu, “Loko”nun 10-cu yeni transferi olub. Bundan əvvəl Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya) və Evangeliya Çantava (Yunanıstan) "dəmiryolçular"ın sırasına qoşulublar. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər