Çexiya yığmasının sabiq üzvü Bakı klubunda

Çexiya yığmasının sabiq üzvü Bakı klubunda
AZAL-ın düşərgəsinə yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Jan Blajek adlı futbolçunu sınayır. Hücumameylli yarımmüdafiəçi və hücumçu mövqeyində oynayan çex futbolçu ilə bağlı qərar yaxın günlərdə veriləcək.
Jan Blajekin son iş yeri Polşanın "Podbeskidzi" (Bielsko-Biala) klubu olub. O, 2013/14 mövsümün ikinci yarısında çıxış etdiyi klubda 5 oyunda meydana çıxıb, 174 dəqiqə oynayıb və 1 qol vurub. 2005-2013-cü illərdə Çexiyanın "Slovan" klubuna məxsus olan futbolçu "Slaviya" (Çexiya) və "Larissa" (Yunanıstan) klublarına icarəyə verilib. O, 2013/14 mövsümünün ilk yarısını Yunanıstanın "Apollon" klubunda keçirib.
Blajek Çexiyanın U-16 (3 oyun, 1 qol), U-17 (16 oyun, 10 qol), U-18 (1 oyun), U-19 (18 oyun, 6 qol) və U-21 (5 oyun) yığmalarında çıxış edib. Futbolçu 2009-2010-cu illərdə A millinin heyətində 3 oyuna çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər