Çexiya başsız qaldı

Çexiya başsız qaldı
Çexiya yığması baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, komandanın çalışdırıcısı Mihal Bilek istefa verib. 
Buna səbəb yığmanın DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxışı olub. Belə ki, Çexiya dünən İtaliyaya 1:2 hesabı ilə yenilib. Bundan sonra baş məşqçi istefa qərarını açıqlayıb: "Biz final mərhələsinə yüksəlmək istəyirdik. Lakin istəyimiz gerçəkləşməyəcək. Çox məyusam. Dünya çempionatına çıxmaq vəzifəsinin öhdəsindən gələ bilmədiyim üçün istefa verirəm".
Qeyd edək ki, Çexiya yığmasını Avro-2012-nin final mərhələsinə çıxaran Bilek yığmada 2009-cu ilin oktyabrında debüt edib. Mütəxəssisin bu postda ilk sınağı BƏƏ-də keçirilən beynəlxalq turnir olub. Yarımfinalda meydan sahibləri ilə qolsuz heç-heçə edib, penaltilər seriyasında uduzan Bilekin yetirmələri 3-cü yer uğrunda matçda Azərbaycan yığmasından 2 cavabsız qol buraxaraq sonuncu olmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər