Erməni futbolçu "Mançester Yunayted" yolunda

Erməni futbolçu "Mançester Yunayted" yolunda
Erməni futbolçu "Mançester Yunayted"də oynaya bilər. Fanat.az xəbər verir ki, Moskva "Spartak"ının formasını geyinən Aras Özbiliz İngiltərə klubunun maraq dairəsinə düşüb.
Bu barədə o, özü məlumat verib. Hollandiya mətbuatına danışan Aras "Mançester Yunayted" məşqçilərinin onun oyununu izləmək üçnü Moskvaya səfər etdiyini bildirib: "Amma bu matçdan sonra mənimlə maraqlanacaqlarını düşünmürəm (gülür). Çünki son illərin ən pis oyununu sərgilədim".
Qeyd edək ki, Aras 1990-cı ildə İstanbulda dünyaya gəlib. Hollandiya vətəndaşlığı da olan futbolçu Ermənistan yığmasını seçib və komandada 15 oyun keçirərək 4 qola imza atıb. "Ayaks"ın yetirməsi olan Özbiliz ötən iln "Kuban"dan "Spartak"a 8 milyon avroya transfer olunmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər