Elxan Məmmədov: "Baş məşqçi postuna namizədlərə baxılacaq"

Elxan Məmmədov: "Baş məşqçi postuna namizədlərə baxılacaq"
"İcraiyyə Komitəsi Berti Foqtsla müqavilənin uzadılmamasına qərar versə, Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərə baxılacaq. İlk növbədə qərar qəbul olunmalıdı". Fanat.az xəbər verir um, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Onun sözlərinə görə, Foqtsun yığmamızdakı taleyinə dair qərar açıqlanmamış digər mütəxəssislərlə danışıqlara başlamaq məntiqsizlik olardı: "O gün yazıblar ki, Qus Hiddink yığmamıza rəhbərlik edə bilər. İndi biz kiminləsə danışıqlara başlasaq, sabah İcraiyyə Komitəsinin üzvləri mənə deyəcək ki, Elxan, niyə biz qərar verməmiş bu addımı atmısan?"
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər