Elxan Məmmədov Axtyamovu Azərbaycana qaytardı

Elxan Məmmədov Axtyamovu Azərbaycana qaytardı
Daniel Axtyamov yenidən Azərbaycana qayıdıb. Fanat.az xəbər verir ki, bir vaxtlar Berti Foqtsun sevimlisinə çevirilmiş futbolçu karyerasını yenidən ölkəmizdə davam etdirmək istəyir.
Ölkəmizdən ayrılandan sonra "Tiraspol" və "Aist Çerepovets" klublarında top qovan hücumçu hazırda "Sumqayıt"ın düşərgəsindədi. Elxan Məmmədova yaxınlığı ilə tanınan Daniellə bağlı baş məşqçi Aqil Məmmədov onu baxışdan keçirdikdən sonra qərar verəcək.
Qeyd edək ki, millimizdə 13 oyun keçirmiş Axtyamov ölkəmizdə "İnter", "Gəncə" (indiki "Kəpəz"), "Olimpik" (indiki AZAL) və "Simurq"un formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər