Çelenc Kuboku: "Xilasedici" çətin durumdan xilas olmağa çalışacaq

Çelenc Kuboku: "Xilasedici" çətin durumdan xilas olmağa çalışacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxacaq.

Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:00-da FHN-in idman zalında start götürəcək.

20 noyabr Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunu

"Xilasedici" (Azərbaycan) - "Styaua" (Rumıniya)

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər