El Salvador millisinin üzvü Viktor Turkios karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə 26 yaşlı müdafiəçi özü məlumat verib.
Turkios bildirib ki, 2 il çıxış etdiyi Finlandiyada qalmaq istəmir. O, Türkiyə, Azərbaycan və Özbəkistandan təkliflər aldığını desə də, ad açıqlamayıb.
Qeyd edək ki, Turkiosun son iş yeri Finlandiyanın "Rovaniemi" klubu olub (31 oyun, 1 qol). 26 yaşlı müdafiəçi əvvəllər El Salvadorun "Atletiko Balboa" və "Firpo" klublarında çıxış edib. Ölkənin U-17, U-20 və U-23 yığmalarında oynamış Viktor 2007-ci ildən çağırılıdığı A millidə 36 oyun keçirib və 1 qol vurub.
Fanat.az