"İnter Mayami"nin hücumçusu Lionel Messi hazırda hansı komandanın dünyanın ən yaxşısı olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı superulduzun sözlərini "Infobae.com" belə çatdırıb:
"Ən yaxşı komanda "Real"dır, çünki onlar son Çempionlar Liqasının qalibidirlər. Əvvəlki illərdə də "Real" ötən mövsüm ÇL-i qazanan "Mançester Siti" qədər güclü idi.
Oyun üslubundan danışsaq, "Mançester Siti"nin Pep Qvardiolanın rəhbərliyi altında sərgilədiyi futbol daha çox xoşuma gəlir. Fikrimcə, Qvardiolanın çalışdırdığı istənilən kollektiv xüsusi sayılır.
Oynadığı futbolun səviyyəsinə görə hazırda "Mançester Siti", nəticələr baxımından isə "Real" dünyanın ən yaxşısıdır".
Xatırladaq ki, "Real" son mövsümdə həm La Liqanın, həm də Çempionlar Liqasının qalibi olub.
Nihat