Dieqo Simeonenin "Çelsi"də görmək istədiyi 2 ULDUZ

Dieqo Simeonenin "Çelsi"də görmək istədiyi 2 ULDUZ
"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin yayda "Çelsi"yə keçəcəyi iddia olunur. Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı Roman Abramoviçin argentinalı mütəxəssislə anlaşdığını iddia edib.
Artıq Simeonenin "Çelsi"də görmək istədiyi iki futbolçunun adı açıqlanıb. İddialara görə, mütəxəssis "Barselona"dan xorvat İvan Rakitiçi sərəncamında görmək istəyir. Simeone hələ onu "Sevilya"da oynadığı dövrlərdə komandasına - "Atletiko"ya gətməyə çalışıb. Lakin həmin vaxt Rakitiç "Barselona"ya üz tutub.
Argentinalı məşqçinin istədiyi digər futbolçu Edinson Kavanidi. İddialara görə, PSJ yaxşı təklif gələcəyi halda uruqvaylı futbolçusunu satmağa razılıq verəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər