Danimarka və Serbiya Bakıya gəlir

Danimarka və Serbiya Bakıya gəlir
17 yaşadak futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək daha iki komandanın adı müəyyənləşib. Fanat.az xəbər verir ki, Danimarka və Serbiya da mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.
 
Belə ki, seçmə mərhələnin 1-ci qrupunda yarışan Danimarka qrupdakı ikinci oyununda İsveçrə üzərində 2:1 hesablı qələbə qazanaraq Bakıya gəlməyi təmin edib.
 
Serbiya isə Polşanı eyni hesabla yenib və əsas mərhələdə oynamağa haqq qazanıb.
 
Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər