Daha bir dünya şöhrətli baş məşqçi Azərbaycana gəlir

Daha bir dünya şöhrətli baş məşqçi Azərbaycana gəlir
Türkiyəli təcrübəli mütəxəssis Şenol Günəş "Qəbələ"yə gələ bilər.
Fanat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. 
İddialara görə, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov türk mütəxəssis Şenol Güneşlə danışıqlar aparmaq üçün Türkiyəyə yollanıb.
Qeyd edək ki, "Qəbələ"in baş məşqçi Yuri Syomin bir neçə gün öncə klubla yollarını ayırıb. Bu barədə qərar ölkə kubokunun final oyunundan sonra rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər