DÇ: Azərbaycan yığması Bakıda gümüş medal qazandı

DÇ: Azərbaycan yığması Bakıda gümüş medal qazandı

Qadınlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, komanda 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında ikinci yeri tutub.

Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlük” yalnız Çin yığmasından geri qalıb.

Hindistan millisi isə bürünc mükafata yiyələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər