DÇ-2022: Fransa millisinin heyəti bəlli oldu

DÇ-2022: Fransa millisinin heyəti bəlli oldu

Futbol üzrə Fransa millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Xoruzlar"ın çalışdırıcısı Didye Deşam Qətərdəki mundialda 25 futbolçunun xidmətindən faydalana biləcək. Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 6-sı yarımmüdafiəçi və 7-sı hücumçudur:

Qapıçılar: Alfons Areola (“Vest Hem”), Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Renn”);

Müdafiəçilər: Lukas Hernandes, Benjamin Pavar, Dayo Upamekano (hamısı "Bayern Münhen"), Teo Hernandes (“Milan”), Presnel Kimpembe (PSJ), İbrahima Konate (“Liverpul”), Jül Kunde (“Barselona”), Uilyam Saliba (London "Arsenal"ı), Rafael Varan ("Mançester Yunayted");

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Orelyen Tçuameni (hər ikisi “Real Madrid”), Yussuf Fofana (“Monako”), Matteo Genduzi, Jordan Veretu (hər ikisi “Olimpik”, Marsel), Adrien Rabyo (“Yuventus”, İtaliya);

Hücumçular: Kinqsli Koman (“Bayern”, Almaniya), Usman Dembele (“Barselona”, İspaniya), Olivye Jiru (“Milan”, İtaliya), Antuan Qrizman (“Atletiko”, İspaniya), Kristofer Nkunku (“Layptsiq”, Almaniya), Kərim Benzema (“Real”, İspaniya), Kilian Mbappe (PSJ).

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər