CAR-dan gəldi, Azərbaycanda xoşbəxt oldu

CAR-dan gəldi, Azərbaycanda xoşbəxt oldu

"Sevinirəm ki, hər şey plan üzrə getdi. Bəlkə də vaxtından əvvəl irəli atıldım. Amma hər şey alındı və mərhələnin qalibi oldum". Fanat.az xəbər verir ki, bu sözləri "Tour d`Azerbaidjan-2014" vüloyürüşünün 4-cü mərhələsinin qalibi Linus Gerdeman deyib.

CAR-ın "MTN Qhubeka" komandasının velosipedçisi bildirib ki, zədəsi olmasına baxmayaraq, qələbə qazanmağı bacarıb: "Planım birinci yoxuşda irəli atılmaq idi. Amma elə oldu ki, liderlər qrupu daha tez sıçrayış etdi. Yürüş çətin və sürətli keçdi. Mənim bir az çətinliyim var idi. Amma bu dəfə hər şey mənim üçün alındı. Ardınca İlnurla bir-birimizi əvəzləyərək finişə yetişdik. Mövsümdə ilk qələbəmi qazandığım üçün xoşbəxtəm. "Tour d`Azerbaidjan"ı çox yüksək qiymətləndirirəm və bu qələbənin karyeramda mühüm yeri olacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər