Bundesliqa: "Bayern Münhen" çempion oldu! 

Bundesliqa: "Bayern Münhen" çempion oldu! 

Almaniya Bundesliqasında 31-ci turun görüşləri davam edir.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 6 qarşılaşma keçirilib.

Turun mərkəzi oyunu lider “Bayern Münhen” ilə 2-ci pillədə qərarlaşan Dortmund “Borussiya”sı arasında keçirilib. Rəqibini 3:1 hesabı ilə məğlub edən  Münhenlilər mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu təmin edib. Bununla da, “Bayern Münhen”in ardıcıl 10-cu, ümumilikdə isə 32-ci dəfə Almaniya çempionluğunu bayram edib.

Almaniya Bundesliqası

31-ci tur

23 aprel

Ayntraxt – Hoffenhaym 2:2 Qollar: Ndikka, 32. Kamada, 66 – Ndikka, 12-öz qapısına. Rutter, 78.

Qroyter – Bayer Leverkuzen 1:4 Qollar: Villems, 5 – Şik, 8. Azmun, 18. Paulinyo, 58. Palasios, 84.

Köln – Arminiya 3:1 Qollar: Ut, 3. Modeste, 43. Tilmann, 86 – Hubers, 33-öz qapısına.

Layptsiq – Yunion 1:2 Qollar: Poulsen, 46 – Miçel, 86. Behrens, 89.

Frayburq – Borussiya M 3:3 Qollar: Qrifo, 49. Gunter, 61. Linhart, 80 – Bensebaini, 3. Embolo, 13. Ştindl, 90+3.

Bayern Münhen– Borussiya D 3:1 Qollar: Qnabri, 15. Levandovski, 34. Musiala, 83 – E.Can, 52.

24 aprel

17:30 Bohum – Auqsburq 19:30 Herta – Ştutqart

22 aprel

Volfsburq – Maynts 5:0 Qollar: Vind, 8; 42. Kruse, 24; 35; 45+2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər