Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"su ilə üz-üzə gələcək "Neftçi"nin bu gün Bakıda keçirəcəyi ilk oyuna bilet satışı davam edir.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq 5 mindən çox bilet alınıb. 

Yerli futbolsevərlərin qitəmiqyaslı matçlarda son gündə bilet almağı xoşladıqlarını da nəzərə alsaq, "ağ-qaralar"ı Belarus komandası ilə görüşdə böyük tərəfdar ordusunun dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçının start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər