Braziliyanı udduq, Rumıniya ilə sülh bağladıq

Braziliyanı udduq, Rumıniya ilə sülh bağladıq

Norveçin Tromsö şəhərində şahmat Olimpiadası davam edir. Fanat.az xəbər verir ki, bu gün Azərbaycanın kişi və qadın yığması IX turun oyunlarını keçirib.

Kişi yığmamız Rumıniyanı sınağa çəkib və heç-heçəyə razılaşıb - 2:2. Bütün şahmatçılarımız rəqibləri ilə xalları yarı bölüb.

Qadın yığmamız isə Braziliyanı məğlub edib - 3,5:0,5. Qızlardan yalnız Gülnar Məmmədova rəqibi ilə xalları bölüb. Digər üç şahmatçımız qələbə qazanıb.

11 avqust

IX tur

Kişilər

Azərbaycan - Rumıniya 2:2

Şəhriyar Məmmədyarov (2743) - Konstantin Lupulesku (2625) 0,5:0,5

Teymur Rəcəbov (2724) - Mirça-Emilian Parliqras (2574) 0,5:0,5

Rauf Məmmədov (2659) - Vlad-Kristian Yianu (2579) 0,5:0,5

Qədir Hüseynov (2613) - Vladislav Nevedniçi (2554) 0,5:0,5

Turnir cədvəli: 1. Çin - 14 xal. 2. Fransa, 3. Ukrayna, 4. Azərbaycan - 13.

Qadınlar

Azərbaycan - Braziliya 3,5:0,5

Zeynəb Məmmədyarova (2229) - Vanessa Felisiano (2226) 1:0

Gülnar Məmmədova (2334) - Sayumi Terao (2222) 0,5:0,5

Xəyalə Abdulla (2286) - Reqina Ribeyro (2000) 1:0

Türkan Məmmədyarova (2274) - Suzana Çanq (1991) 1:0

Turnir cədvəli: 1. Rusiya - 16 xal. 2. Çin - 14. 3. Fransa - 13... 31. Azərbaycan - 10.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər