Belarus millisinin üzvü Renan Bressan karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, Qazaxıstanın "Astana" klubunda çıxış edən yarımmüdafiəçi ölkəmizdən təklif alıb.
Onun xidmətində maraqlı olan klubun adı açıqlanmır. Lakin Bressan gələn hətəf "Astana" ilə müqavioəsini pozacaq və bundan sonra çıxış edəcəyi klubla bağlı qərarını verəcək.
Qeyd edək ki, Renan Bardini Bressan 1988-ci ildə Braziliyanın Tubaro şəhərində dünyaya gəlib. O, 2012-ci ildə Belarus vətəndaşlığını qəbul edib. Bu ölkənin olimpiya yığmasında 4 oyun keçirib 1 qol vuran 25 yaşlı A millinin heyətində 17 oyuna çıxıb və 3 dəfə fərqlənib.
Bressan bu ilin əvvəlində keçdiyi "Astana"da 7 oyun keçirib, 318 dəqiqə oynayıb və 1 qol vurub. O, əvvəllər Braziliyanın "Atletiko Tubaro", Belarusun "Qomel", BATE və Rusiyanın "Alaniya" klublarında çıxış edib.
Fanat.az