"Levski"nin hücumçusu Çvetan Genkov karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Bolaqıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, 29 yaşlı forvard yanvarda Premyer Liqa klublarımızdan birinin düşərgəsinə qoşulacaq. Amma Genkovun konkret hansı klubumuza keçəcəyi barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, Genkov 2001-2004-cü illərdə Mezdra "Lokomotiv"ində (72 oyun, 39 qol), 2004-2007-də Sofiya "Lokomotiv"ində (86 oyun, 50 qol), 2007-2010-da Moskva "Dinamo"sunda (37 oyun, 4 qol) çıxış edib. 2010-cu ildə Sofiya "Lokomotiv"inə icarəyə verilən (26 oyun, 15 qol) futbolçu 2011-2013-cü illərdə "Visla"nın uğurları üçün çalışıb (55 oyun, 17 qol). 2013-cü ildə "Levski"yə keçən forvard 19 oyunda 4 qol vurub.
2004-2006-cı illərdə Bolqarıstan U-21-də 9 oyun keçirib 3 qol vuran Genkov 2005-ci ildən A milliyə dəvət alır. Bu yığmada 18 dəfə forma geyinib.
Fanat.az