Bolqarıstan yığmasının sabiq yarımmüdafiəçisi Çavdar Yankov karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə o, özü Bolqarıstan mətbuatına məlumat verib.
Futbolçu deyib ki, ölkəmizlə yanaşı, Qazaxıstan və Cənubi Kiprdə iş axtarır. Yankov bildirib ki, “Slaviya” ilə müqaviləm mayın 31-də başa çatıb və indi azad agentdi.
Qeyd edək ki, Çavdar iki mövsüm çıxış etdiyi "Slaviya"da 45 oyun keçirib və 6 qol vurub. 30 yaşlı yarımmüdmfiəçi əvvəllər Almaniyanın "Hannover 96", "Duysburq", Ukraynanın "Metallurq" (Donetsk) və Rusiyanın "Rostov" klublarında çıxış edib. O, Bolqarıstan yığmasında 50 oyun keçirib və 5 qol vurub.
Fanat.az