“Levski”nin futbolçusu Orlin Starokin karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bolqar müdafiəçi ölkəmizdən təklif alıb.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edib ki, təmsilçilərimizdən biri 27 yaşlı futbolçu ilə maraqlanıb. Müqaviləsi yayda başa çatacaq Orlin hələ qərarını verməyib.
Qeyd edək ki, Orlin 2011-ci ildən "Levski"də çıxış edir. O, cari mövsümdə 18 oyun keçirib və 3 qol vurub. O, əvvəllər “Naftan” və Burqas “Çernomorets”ində də çıxış edib.
Fanat.az