Birmingemlilərin "Barselona"lı ulduza ödəmək istədiyi məbləğ bilindi

Birmingemlilərin "Barselona"lı ulduza ödəmək istədiyi məbləğ bilindi

İngiltərənin "Aston Villa" klubu "Barselona"nın hücumçusu Ferran Torreslə ciddi maraqlanır. 

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq təkliflər paketini hazırlayıb. 

Məlumatı "El Nacional" yayıb. Mənbənin məlumatına görə, birmingemlilər Hans-Diter Flikin komandasında daimi start heyətinə düşməyən 25 yaşlı futbolçu üçün "Barselona"ya 50 milyon avro təklif etməyə hazırdır. 

"Transfermarkt" Ferran Torresin dəyərini 28 milyon avro qiymətləndirir. 

Forvard bu mövsümdə kataloniyalıların heyətində 36 matça çıxaraq 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun "Barselona" ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Aktivində 51 xal olan “Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər