"AVRO-2016"ya damğa vuracaq futbolçulardan biri də şimali irlandiyalı Vill Kriqq hesab olunurdu. Fanat.az xəbər verir ki, azarkeşlərin onun adına bəstələdiyi "Will Grigg`s on fire" turnir boyu dillərdən düşməsə də, 24 yaşlı futbol bir dəqiqə belə oynamadan Avropa çempionatı ilə vidalaşıb.
Uelsə 0:1 hesabı ilə yenilərək mübarizəni dayandıran Şimali İrlandiyanın baş məşqçisi Maykl O`Neill Vill Kriqqə oynamaq şansı vermədiyinə görə tənqid hədəfinə çevirilib. 4 oyunda 2 qol vura bilən komandanın aparıcı futbolçusunun ehtiyatda qalmasına görə onu tənqid edənlərə baş məşqçi belə cavab verib: "Komandada forma geyinəcək oyunçuları azarkeşlərin istəklərinə görə deyil, oyunçuların hazırlığına görə seçirəm".
Beləliklə, Vill Kriqq Avropa çempionatında forma geyinmədən əfsanələşən ilk futbolçu olaraq tarixə keçib.
Qeyd edək ki, ötən mövsüm aşağı liqada birinci olaraq "Çempionşip"ə yüksələn "Viqan"ın formasını geyinən 24 yaşlı hücumçu meydana çıxdığı 43 oyunda 28 qol vurub və 5 məhsuldar ötürmə verib.
Fanat.az