Millimizin baş məşqçisi Berti Foqts AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasından sonra qısa müsahibə verib. Müsahibəni təqdim edirik.
- Püşkatmanın nəticələri haqda nə deyə bilərsiniz?
- Mən bir o qədər də razı deyiləm. Qrupumuzda çox güclü komandalar var: İtaliya, Xorvatiya. Bolqarıstan və Norveç də hədiyyə deyil.
- Bu qrupda komanda nə qədər xal toplaya bilər?
- Bu, klassik azərbaycanlı sualıdır ki, buna da mən cavab vermək istəmirəm. Xahiş edirəm, mənə bu sualı verməyin.
- Nə üçün?
- Çünki mənə nəyisə təxmin etmək çətindi.
- Bu halda, komandanın qarşısına hansı məqsədlər qoyulacaq?
- Yaxşı oynamaq. Hər bir rəqiblə mübarizə aparmaq. Bu, bizim gücümüzdədi. Xüsusən, biz Bakıda yaxşı oyun göstərmək istəyirik ki, "doğma divarlar" arasında bacardığımız qədər çox xal toplayaq.
- İtaliyanı qrupun əsas favoriti hesab edirsiniz?
- İtalyanlar və xorvatlar DÇ-də oynayacaqlar. Səviyyəcə bərabər komandalardı.
azerisport.az