Berti Foqts: "Azərbaycanda bayram olacaq"

Berti Foqts: "Azərbaycanda bayram olacaq"

"Mən şadam ki, biz İtaliya ilə oynayacağıq. Xorvatiyanı da nəhənglərə aid etmək olar. Hər iki komanda dünya çempionatına vəsiqə qazanıb. Beləliklə, Azərbaycanda bayram olacaq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

UEFA-nın rəsmi saytına danışan alman mütəxəssis yığmamızın gücləndiyini bildirib: "Deməliyəm ki, biz bir komanda kimi güclənmişik. Məsələn, ötən mövsümdə biz yalnız üç oyunda məğlub olduq: Portuqaliyaya qarşı oyunlar və Rusiya ilə səfər matçında. Əminəm ki, favoritlərə bizimlə asan olmayacaq".

Foqts millimizin toplaya biləcəyi xalların sayı ilə bağlı proqnoz verməyib: "Azərbaycan üçün qrup üçüncülüyü arzulara yaxın olardı. Ancaq futbolda hər şey mümkündü. Ehtimalı sevmirəm, bu səbəbdən də yığa biləcəyimiz xalların miqdarını söyləməyəcəyəm. Ən əsası odu ki, oyundan oyuna yaxşı oynamaq və hər komanda ilə mübarizə aparmaq, meydanda 100 faiz can yandırmaqdı. Öyrəndiklərimizi nümayiş etdirə bilsək, meydanda toparlanmağımızı itirməsək, bu halda, bizim şansımız var".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər