27 ildi "Milan"da çalışan Adriano Qalliani klubdan ayrılır. Fanat.az xəbər verir ki, bu barədə vitse-prezident özü açıqlama veriğb.
Buna səbəb isə son iki ildə "Milan"ın rəhbərliyində yer alan Silvio Berluskoninin qızı Barbara Berluskoni ilə aralarındakı anlaşılmazlıq olub: "İmiciim zədələndi. Rəhbərlikdə nəsil dəyişikliyi belə olmamalıdı. Bir az səviyyəli olmalıdı. Bir neçə gün içində təqaüdümlə bağlı razılığa gələrək və ya gəlməyərək klubdan istefa verəcəm. Bəlkədə 11 dekabrdakı "Ayaks" matçını gözləyəcəm".
"Milan"ın sahibi Silvio Berluskonidən rəhbəri olduğu "Forza Italia" partiyasında (Haydi Italiya) vəzifə təklifi aldığını deyən Qalliani siyasətə qoşulmaq istəmədiyini bildirib: "Ancaq Berluskoni ilə dostluğumuzda bir dəyişiklik olmadı və olmayacaq".
Fanat.az