İtaliya A Seriyasında XIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən axşam "Milan" "Sassuolo"nun qonağı olub.
Matç olduqca dramatik alınıb. Belə ki, 9-cu dəqiqədə Robinyo, 4 dəqiqə sonra Mario Balotelli fərqlənərək "Milan"ı hesabda önə keçirib. Lakin bundan sonra meyndan sahibləri "Sassuolo" 4 qol vurub. 15, 28, 41 və 47-ci dəqiqələrdə 4 qola imza atan Domeniko Berardi "Milan"a sözün əslo mənasında şok yaşadıb. Qonaqlar 86-cı dəqiqədə Rikkardo Montolivo ilə buraxılan qollardan birinin əvəzini çıxıb və 3:4 hesabı ilə yenilib.
Fanat.az