Portuqaliyanın "Benfika" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Renat Dadaşovu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "maisfutebol.iol.pt" sayt? məlumat yayıb. Məlumata görə, Lissabon klubu hazırda "Eştoril"də çıxış edən 19 yaşlı hücumçunu yaxından izləyir.
Qeyd edək ki, ötən ilin yayında "Ayntraxt"dan "Eştoril"ə keçən Renat bu mövsüm meydana çıxdığı 24 oyunda 4 qol vurub.
Fanat.Az