Belçika yığmasının sabiq üzvü Azərbaycanda

Belçika yığmasının sabiq üzvü Azərbaycanda
Belçika yığmasının sabiq üzvu Faris Haroun Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu yaxınlarda İngiltərənin "Midlsbro" klubu ilə yollarını ayıran 28 yaşlı hücumçu hazırda azad agentdi. Onun Belçikanın "Sulte Varegem", Norveçin "Rusenborq", Azərbaycan və Qazaxıstanın isə adı açıqlanmayan klublarından təklif aldığı deyilir.
Qeyd edək ki, Haroun karyerası ərzində Belçikanın "Genk" (2003-2008, 104 oyun, 16 qol), "Jerminal" (2008-2011, 91 oyun, 23 qol) və İngiltərənin "Midlsbro" (2011-2013, 65 oyun, 6 qol) klublarında çıxış edib. 
28 yaşlı hücumçu Belçikanın U-18 (2003, 7 oyun, 1 qol), U-19 (2003-2004, 14 oyun, 1 qol), U-21 (2004-2008, 25 oyun, 4 qol) və A millilərində (2007-2009, 6 oyun) çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər