"Bayern Münhen"in yarımmüdafiəçisi Tolisso zədəsinin təkrarlanması səbəbindən bir ay yaşıl meydana çıxa bilməyəcək. Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, fransalı futbolçu Almaniya klubunun bu gün, aprelin 4-də baş tutan məşqini buraxıb. Mənbənin məlumatına görə, Tolissoya əzələ yırtığı diaqnozu qoyulub. 27 yaşlı yarımmüdafiəçi üçün bu əzələ zədəsi cari mövsümdə dördüncü olub. Xatırladaq ki, Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 2017-ci ildən Tolisso Fransa millisinə çağırılır. 27 yaşlı fransalı futbolçunun alman klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.
"Bayern Münhen"in yarımmüdafiəçisi üçün zədə kabusu davam edir
TREND
Oxşar xəbərlər
Dünya futbolu
21:25
27.11.2026
- Rəşad Sadıqov
Dünya futbolu
20:50
27.11.2026
Jorje Mendeş Fransisko Konseysaoya "Nyukasl Yunayted"i təklif edib
Dünya futbolu
20:18
27.11.2026
Niko Pas daimi oyun praktikası zəmanəti verilməsə, "Real Madrid"ə qayıtmaq istəmir
Dünya futbolu
19:56
27.11.2026
"Liverpul" 2027-ci ilin yayında Camal Musialanı transfer etmək imkanını araşdırır