"Bayern Münhen"in yarımmüdafiəçisi Korenten Tolisso "Barselona"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Mənbə Almaniya nəhəngi ilə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq 27 yaşlı futbolçunun məhz Kataloniya təmsilçisində oynamağı arzuladığını vurğulayıb.
Qeyd edək ki, Tolisso ilə "Barselona"nın əzəli rəqibi "Real Madrid" də maraqlanır.
Nihat