"Bayern Münhen"in bu yay satmağı planlaşdırdığı ulduz futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən insayder Florian Plettenberq yayıb.
Xəbərə görə, münhenlilər komandanın vingeri Serj Qnabri ilə vidalaşmağa hazırdır. Mənbə Qnabrinin "Bayern"də özünü xoşbəxt saymadığını və sözügedən klubdakı gələcəyi ilə bağlı tərəddüd etdiyini vurğulayıb.
Qeyd edək ki, 27 yaşlı Qnabri cari mövsüm "Bayern" forması ilə ümumilikdə 42 matça çıxıb. Bu qarşılaşmalarda 12 qol vuran Serj 11 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun münhenlilərlə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat