"Bayern Münhen"in prezidenti Nagelsmanla bağlı yekun qərarı açıqladı

"Bayern Münhen"in prezidenti Nagelsmanla bağlı yekun qərarı açıqladı

"Bayern Münhen"in pezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmanın istefaya göndərilməyəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, klub başqanı bunu yerli mətbuata deyib.

O, 35 yaşlı mütəxəssisə güvəndiklərini bildirib. Hayner milli komandaların matçları ilə bağlı yaranmış fasilədən sonra Münhen təmsilçisinin həmişəki oyununu sərgiləyəcəyini söyləyib.

"Bayern" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər