"Bayern Münhen"in hücumçusu uğursuz debütünü dəyərləndirdi

"Bayern Münhen"in hücumçusu uğursuz debütünü dəyərləndirdi

"Bayern Münhen"in hücumçusu Brayan Saraqosa Münhen klubunun forması ilə ilk oyununa çıxmasından danışıb.

Fanat.Az xəbər verir ki, debütünü Almaniya Bundeslqasının 22-ci turu çərçivəsində keçirilən matçda - "Bohum"a 2:3 hesabı ilə məğlub olduqları görüşdə reallaşdıran forvardın dediklərini "Bayern & Germany" belə çatdırıb:

"Bu, yaxşı nəticə deyil, amma "Bayern" forması ilə debüt etdiyim üçün şadam. Dünyanın ən böyük klublarından birinin uğurları üçün çalışmaq böyük şərəfdir. Bu qarşılaşnaın nəticəsini unudaraq "Leyptsiq"lə oyuna hazırlaşmalıyıq".

Qeyd edək ki, Bundesliqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutan "Bayern" lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər