"Bayern Münhen"in futbolçusundan xeyirxah addım

"Bayern Münhen"in futbolçusundan xeyirxah addım

"Bayern Münhen"in futbolçusu Alfonso Deyvis noyabrda başlayacaq dünya çempionatında qazanacağı məvacibi xeyriyyə məqsədilə istifadə edəcək.

Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, kanadalı yarımmüdafiəçi pulu ölkəsində ehtiyacı olanlara bağışlayacağını açıqlayıb:

“Mən Qanadakı qaçqın düşərgəsində anadan olmuşam. Beş yaşım olanda Kanada ailəmi qəbul etdi və bizə daha yaxşı həyat şansı verdi. İndi Kanadaya bir şey qaytarmaq istəyirəm".

21 yaşlı yarımmüdaiəçi 2019-cu ildə 10 milyon avroya "Vankuver"dan "Bayern Münhen"ə keçib.

Kanada millisi 1986-cı ildən bəri ilk dəfə dünya çempionatına qatılacaq. Milli Qətərdəki turnirdə F qrupunda Belçika, Mərakeş və Xorvatiya ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər