"Bayern Münhen"in futbolçusu İngiltərə klubunda - RƏSMİ

"Bayern Münhen"in futbolçusu İngiltərə klubunda - RƏSMİ

“Bayern Münhen” müdafiəçisi Omar Riçardsla vidalaşıb.

Fanat.Az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərənin “Nottingem Forest” klubuna keçib.

Riçards 4 illik anlaşmaya qol çəkib.

Daha öncə "Nottingem Forest"in bu transferə görə qarşı tərəfə 10 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı.   İngiltərəli futbolçu ötən mövsüm “Bayern”in heyətində 17 matça çıxaraq 1 qol ötürməsi ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər