“Bayern Münhen”in futbolçusu ikinci dəfə ən yaxşı elan edildi

“Bayern Münhen”in futbolçusu ikinci dəfə ən yaxşı elan edildi

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə ən yaxşı futbolçunun adı açıqlanıb.

Fanat.Az xəbər verir ki, “Bayern Münhen”in və Kanada millisinin üzvü Alfonso Deyvis bu ada layiq görülüb.

22 yaşlı futbolçu bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. Öncədən bunu yalnız kosta-rikalı qapıçı Keylor Navas bacarmışdı.

Alfonso Kanada millisinin heyətində DÇ-2022-də çıxış etmişdi.

Deyvis cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər