"Bayern Münhen"in 8 oyunçusu "Dinamo" ilə oyunu buraxacaq

"Bayern Münhen"in 8 oyunçusu "Dinamo" ilə oyunu buraxacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Fanat.Az xəbər verir ki, E qrupunda mübarizə aparan "Bayern Münhen" səfərdə Kiyev "Dinamo"sunun qonağı olacaq. 

Almaniya təmsilçisi sözügedən qarşılaşmaya itkilərlə çıxacaq. Komandanın əsas heyət oyunçularından 8-i matçı buraxacaq. Bunlar Dayo Upamekano, Niklas Zyule, Yosip Stanişiç, Coşua Kimmix, Serj Qnabri, Erik Çupo-Motinq, Mikael Kyuizans və Camal Musialadır. 

Məlumatı klubun rəsmi saytı yayıb. 

Marsel Zabitser ilə Kinqsli Komanın da çıxışı sual altındadır. 

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər