“Bayern Münhen”dən hücumçusu ilə yeni müqavilə

“Bayern Münhen”dən hücumçusu ilə yeni müqavilə

Almaniyanın “Bayern Münhen” klubu hücumçusu Erik Şupo-Motinqlə müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı forvardla müddəti 2024-cü ilin 30 iyununa kimi davam edəcək yeni müqavilə imzalanıb.

Şupo-Motinq 2020-ci ilin oktyabr ayından “Bayern Münhen”in uğurları üçün çalışır. 33 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 82 oyunda 33 qol vurub. O, daha öncə “Hamburq”, “Maynts”, “Şalke”, “Stok Siti” və PSJ klublarının da formasını geyinib, Kamerun millisində 73 matçda 21 dəfə fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər