"Bayern Münhen"dən ayrıldı, İspaniya klubuna yollandı

"Bayern Münhen"dən ayrıldı, İspaniya klubuna yollandı

"Bayern Münhen"dən azad agent qimində ayrılan Deyli Blind karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Niderland millisinin 33 yaşlı müdafiəçisi "Jirona" ilə razılığa gəlib. Bu gün tibbi müayinədən keçəcək Blindin yeni klubu ilə münasibətləri rəsmiləşdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Deyli "Bayern"ə bu qış qoşulmuşdu. O, Almaniya nəhəngində bütün turnirlərdə 5 matça çıxmış və məhsuldar göstəricilərlə yadda qalmamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər