“Bayern Münhen”də mayın ən yaxşı futbolçusu

“Bayern Münhen”də mayın ən yaxşı futbolçusu

“Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala may ayında komandanın ən yaxşı futbolçusu seçilib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin 71 faizi Musialaya səs verib. O, Serj Qnabri (9 faiz) və Tomas Mülleri (5 faiz) qabaqlayıb.

Musiala may ayında Bundesliqada dörd oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Onun Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər