“Bayern Münhen”də baş məşqçi dəyişikliyi rəsmiləşdi

“Bayern Münhen”də baş məşqçi dəyişikliyi rəsmiləşdi

Almaniyanın “Bayern Münhen” komandasının baş məşqçi postunda dəyişiklik edilib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib.

Onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Xatırladaq ki, "Bayern Münhen" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir. Komanda Bundesliqada 52 xalla 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuş və liderliyi əldən vermişdi.

Xatırladaq ki, Tomas Tuxelin son klubu "Çelsi" olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər