"Bayern Münhen" ya onu transfer edəcək, ya da Keyni

"Bayern Münhen" ya onu transfer edəcək, ya da Keyni

Almaniyanın "Bayern Münhen" klubu bu yay yeni mərkəz hücumçusu ilə güclənməkdə israrlıdır. 

Fanat.Az xəbər verir ki, informasiyanı AZ nəşri yayıb.

Xəbərə görə, münhenlilər "Ayntraxt"ın futbolçusu Randal Kolo Muanini və "Tottenhem"in ulduzu Harri Keynin transferini nəzərdən keçirir. Mənbə hər iki oyunçunun Almaniya nəhənginin formasını geyinmək variantına isti yanaşdığını, lakin onlardan birinin heyətə qatılacağını vurğulayıb.

Hazırda "Bayern"in əsas mərkəz hücumçusu 34 yaşlı Erik Şupo-Motinqdir.

24 yaşlı Kolo Muani cari mövsüm Frankfurt təmsilçisinin forması ilə bütün turnirlərdə 37 matça çıxıb. Fransa millisinin üzvü bu qarşılaşmalarda 19 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

29 yaşlı Keyn Hotspur klubunun sıralarında cari mövsüm ümumilikdə 40 görüş keçirib. Çıxdığı qarşılaşmalarda  24 qol vuran İngiltərə millisinin hücumçusu 4 dəfə komanda yoldaşlarına assistentlik edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər