"Bayern Münhen" veteranları ilə müqaviləni yeniləyəcək

"Bayern Münhen" veteranları ilə müqaviləni yeniləyəcək

"Bayern Münhen" Manuel Noyer və Tomas Müller ilə müqaviləni yeniləməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Skira "Twitter" səhifəsində məlumat yayıb. 

Onun sözlərinə görə, klub yaxın zamanlarda hər iki futbolçu ilə sözləşmənin müddətini uzatmaq üçün danışıqlara başlayacaq. 

Qeyd edək ki, Noyer və Müllerin cari müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. 

Xatırladaq ki, Noyer Münhen klubuna 2011-ci ildə "Şalke 04"dən keçib, Müller isə "Bayern"in öz yetirməsidir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər