“Bayern Münhen” və hücumçusu üçün əlamətdar oyun

“Bayern Münhen” və hücumçusu üçün əlamətdar oyun

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ (Fransa) ilə ev oyunu Almaniyanın “Bayern Münhen” klubu və hücumçusu Erik Şupo-Motinq üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbəyə sevinmiş münhenlilər doğma meydanda da 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıblar.

Nəticədə “Bayern Münhen” 21-ci dəfə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Almaniya təmsilçisi bu baxımdan rekordçudur.

Erik Şupo-Motinq isə klubun sabiq forvardı Roy Makayın nailiyyətini təkrarlayıb. Kamerundan olan 33 yaşlı hücumçu buna PSJ-nin qapısına yol tapmaqla nail olub. O, qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda rəqib qapılarına yol tapıb. Daha əvvəl bunu 2003/04 mövsümündə Roy Makay bacarmışdı.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər