“Bayern Münhen” uduzdu, “Borussiya” liderliyi ələ keçirdi

“Bayern Münhen” uduzdu, “Borussiya” liderliyi ələ keçirdi

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Bohum” evdə “Volfsburq”a, “Herta” “Verder”ə, “Hoffenhaym” isə “Köln”ə məğlub olub.

Lider “Bayern Münhen” səfərdə “Maynts”a gözlənilmədən uduzub. Əvəzində Dortmund “Borussiya”sı doğma meydanda “Ayntraxt”a böyük hesabla qalib gələrək zirvəyə yüksəlib.

Almaniya Bundesliqası 29-cu tur 21 aprel

Auqsburq – Ştutqart 1:1 Qol: Delyo, 8 – Endo, 78.

22 aprel

Bohum – Volfsburq 1:5 Qol: Broşinski, 69 – Svanberq, 10; 56. Kaminski, 21. Vimmer, 33. Valdşmit, 77.

Herta – Verder 2:4 Qol: Nqankam, 68. Lukebakio, 79-pen – Dukş, 6; 27; 51. Veyzer, 63. 

Hoffenhaym – Köln 1:3 Qol: Dolberq, 90+4 – Kaynts, 18-pen. Selke, 39. Tilman, 90+2.

Maynts – Bayern Münhen 3:1 Qol: Ayorke, 65. Barreyro, 73. Martin, 79 – Mane, 29.

Borussiya (Dortmund) – Ayntraxt 4:0 Qol: Bellingem, 19. Malen, 24; 66. Hummels, 41.

23 aprel

17:30. Frayburq – Şalke 19:30. Bayer – Leypsiq 21:30. Borussiya (Mönhenqladbax) – Union Berlin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər