"Bayern Münhen" Tuxelin yerinə italiyalını gətirmək istəyir

"Bayern Münhen" Tuxelin yerinə italiyalını gətirmək istəyir

Cari mövsümün sonunda "Bayern Münhen"i tərk edəcək Tomas Tuxelin yerinə əsas namizəd bəllidir.

Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb.

Xəbərə görə, "Bayer Leverkuzen"in çalışdırıcısı Xabi Alonsonun imtinasından sonra Almaniya nəhənginin idarəçiləri əsas diqqəti "Brayton"a rəhbərlik edən Roberto De Dzerbiyə yönəldiblər. Mənbə Münhen təmsilçisinin bosslarının yalnız De Dzerbi variantı alınmayacağı halda, Yulian Nagelsman (Almaniya millisi) və ya Ralf Ranqniklə (Avstriya millisi) danışıqlara başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrından "Brayton"u çalışdıran De Dzerbi "Liverpul"un da baş məşqçi postuna əsas namizədlərdən biri sayılır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər