"Bayern Münhen" son dəfə 46 il öncə bu günə düşmüşdü

"Bayern Münhen" son dəfə 46 il öncə bu günə düşmüşdü

“Bayern Münhen” Almaniya Bundesliqasının 22-ci turunda “Bohum”a 2:4 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, ilk hissəsi 1:4 hesabıyla bitən qarşılaşma Münhen təmsilçisi üçün antirekordla yadda qalıb.   Belə ki, “Bayern” 1975-ci ildən sonra ilk dəfə bir matçın 1-ci hissəsində 4 qol buraxıb. Münhenlilərə son dəfə 46 il əvvəl Frankfurt “Ayntraxt”ı birinci yarıda 5 qol vurmuşdu. Həmin matç 0:6 hesabıyla yekunlaşmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər