"Bayern Münhen" Ronaldunu almaq fikrindən danışdı

"Bayern Münhen" Ronaldunu almaq fikrindən danışdı

"Bayern Münhen" "Mançester Yunayted"in ulduz futbolçu Kriştianu Ronaldunu almaq fikrindən daşınıb. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 

Bundesliqa təmsilçisinin aparıcı üzvü Sadio Manenin 3-4 aylığına sıradan çıxması heyətdə hücumçu problemi yaratsa da, münhenlilər yanvarda yeni transfer etməyi düşünmürlər. 

Qeyd edək ki, seneqallı forvard əməliyyat keçirib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyununa qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Sözügedən qarşılaşma 15 fevral tarixində baş tutacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər